"Kitablarım Azərbaycanda qadağan olunub" - Arda Erel

25-07-2022, 11:37           
"Kitablarım Azərbaycanda qadağan olunub" - Arda Erel
"Yeni romanım "Anamın bilmədiyi hər şey" Azərbaycanda satılmır. Çünki müharibəyə yox demişdim. Bütün kitablarımı qadağan ediblər. Müharibəyə qarşı olmağın cəzası kitabları qadağan etmək və müharibə istəməyəni zəiflətməkdir".
Sonxeber.az xəbər verir ki, bu sözləri türk yazıçı Arda Erel öz Twitter hesabında yazıb.

Heç bir insanın bu əsrdə müharibədə ölməməsinin vacibliyini vurğuladığım üçün mənə senzura qoyanları bağışlamıram.Mənə tətbiq olunan senzuraya baxmayaraq kitab yazmağı və fikirlərimi paylaşmağı davam etdirəcəm. Dünyanın hər yerindəki müharibələrə qarşı həll yolunun silahla yox, beynəlxalq razılaşma, dialoqda axtarmağın gərəkliliyini ictimaiyyətə bəyan edirəm,- deyə yazıçı İnstagram hesabında əlavə edib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Arda Erel Twitter hesabında Şuşada müharibədə zərər görmüş erməni kilsəsindən görüntü paylaşaraq hər iki tərəfi sülhə çağırıb. Azərbaycanlı istifadəçilər Azərbaycan tərəfinin çəkdiyi zərəri göstərməməklə onu birtərəfli yanaşmaqda qınayıb. Daha sonra yazıçı həmin paylaşımı silib.

Şəbnəm Lətifi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru