Ərdoğan yenə İsveç və Finlandiyanı hədələdi: "Bizdən güzəşt gözləməyin"

26-07-2022, 11:36           
Ərdoğan yenə İsveç və Finlandiyanı hədələdi: "Bizdən güzəşt gözləməyin"
Türkiyə yenə də İsveç və Finlandiyanı NATO-ya üzvlüyünü dəstəkləməkdən imtina etməklə hədələyib.
Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT kanalında yenidən terrorla mübarizə üzrə öhdəliklərini yerinə yetirənə qədər İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləməkdən imtina edəcəkləri ilə hədələyib.

“İsveç və Finlandiya terror təşkilatlarını dəstəkləməyə davam etdikcə, bizdən onların NATO üzvlüyünə müsbət yanaşacağımızı gözləməməlidirlər. Bu məsələdə heç kim bizdən güzəşt gözləməsin”,- deyə dövlət başçısı vurğulayıb.

Ərdoğan əlavə edib ki, Alyansa qoşulmaq göründüyü qədər asan deyil və Madriddə imzalanan memorandum sadəcə, dəvət xarakteri daşıyır.

Türkiyə lideri qeyd edib ki, vəziyyət dəyişməsə, Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiq etməyəcək.

Xatırladaq ki, Ərdoğan iyulun 18-də oxşar bəyanatla çıxış edib. O, Türkiyənin çox dəqiq mövqe tutduğunu və şimal ölkələrinin qoyulan şərtləri yerinə yetirməkdən imtina edəcəyi təqdirdə bu prosesi dondurmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, iyunun 29-da NATO ölkələrinin liderləri Brüsseldə keçirilən sammitdə Finlandiya və İsveçi alyansa qoşulmağa rəsmən dəvət ediblər.

Türkiyə 30 NATO ölkəsi arasında İsveç və Finlandiyanın daxil olmasına qarşı çıxan yeganə ölkədir. Alyansın sammitinin ilk günündə tərəflər buna baxmayaraq razılığa gələ biliblər.

Stokholm və Helsinki Kürdüstan Fəhlə Partiyası və onun strukturlarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlığa razılaşıb, həmçinin Fətullah Gülən hərəkatını dəstəkləməkdən imtina edib.

İlahin, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru