Türkiyə daha bir ölkəyə T129 “Atak” helikopterləri ixrac edəcək

27-07-2022, 12:47           
Türkiyə daha bir ölkəyə T129 “Atak” helikopterləri ixrac edəcək
Türkiyənin TUSAŞ şirkəti Nigeriyaya T129 “Atak” helikopterləri ixrac edəcək. Ordu.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Temel Kotil məlumat verib.

Kotil çıxışında Filippindən sonra T129 “Atak” hücum helikopterlərinin yaxın zamanlarda Nigeriyaya ixrac ediləcəyini bildirib.

Nigeriyaya 6 ədəd helikopter tədarük ediləcəyi qeyd olunur.

Filippinlə imzalanan müqavilə çərçivəsində TUSAŞ-ın istehsal etdiyi 6 ədəd T129 “Atak” helikopteri 269 milyon 388 min 862 ABŞ dollarına tədarük edilib.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Nigeriya hökumətinə AH-1Z hücum helikopteri və müvafiq avadanlıqların satılmasına razılıq verib. Departament təxmini dəyəri 997 milyon dollar olan Xarici Hərbi Satışı təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru