Putindən Ərdoğana 15 milyard dollarlıq jest - Məbləğ üç həftə ərzində Türkiyəyə çatacaq

30-07-2022, 00:04           
Putindən Ərdoğana 15 milyard dollarlıq jest -
Rusiya Akkuyu Atom Elektrik Stansiyasına investisiya üçün Türkiyəyə üç həftə ərzində 15 milyard dollar pul göndərəcək.

"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "Bloomberg" nəşri etibarlı mənbələrinə istinadla məlumat yayıb.

Məlumatlı mənbənin fikrincə, Rusiya Prezidenti Vladimir Putinin bu jestinə səbəb Ərdoğanın "taxıl dəhlizi" məsələsindəki rolu olub.

"Bloomberg" nəşri yazır ki, Rusiya Atom Enerjisi üzrə Dövlət Agentliyi (Rosatom) qarşıdakı iki ildə ediləcək cari ödənişlər və xərclər üçün Türkiyəyə hissə-hissə ümumilikdə 15 milyard dollar pul köçürəcək.
Ətraflı

Yüksək səviyyəli rəsmilərin verdiyi məlumata görə, artıq sözügedən məbləğin 5 milyard dolları ötən həftə Türkiyəyə çatıb. “Rosatom”un daxil olan pulun bir hissəsini öz ödənişləri üçün istifadə edəcəyi, qalanını isə iki il Türkiyədə saxlayacağı bildirilir.

Məlumatda qeyd olunur ki, "Rosatom"-un bu addımı Rusiyanın üzləşdiyi sanksiyalara görə Akkuyu layihəsində baş verə biləcək ləngimələrlə bağlı bütün narahatlıqları aradan qaldırıb.

Qeyd edək ki, 2010-cu ildə Rusiya ilə Türkiyə arasında imzalanan əməkdaşlıq müqaviləsinə görə tərəflər ümumi gücü 4800 MVt olan Akkuyu Atom Elektrik Stansiyasının tikintisini birgə həyata keçirirlər. Ümumi dəyəri 20 milyard dollar olan elektrik stansiyasının 2023-cü ildə istismara verilməsi planlaşdırılır. Atom Elektrik Stansiyasının Türkiyənin enerjiyə olan daxili tələbatının təxminən 10 faizini qarşılayacağı bildirilir.

"AzPolitika.info"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.