İstanbul boğazında hərəkət dayandırılıb

30-07-2022, 00:13           
İstanbul boğazında hərəkət dayandırılıb
Gəmidə baş verən nasazlığa görə İstanbul boğazında naviqasiya hər 2 istiqamətdə dayandırılıb.

Cebhe.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Misirdən Bolqarıstana hərəkət edən SPARTA adlı gəmidə Yavuz Sultan Səlim körpüsü yaxınlığında nasazlıq yaranıb.

Türkiyəyə məxsus 2 yedəkçi gəmi 134 metrlik nasaz gəmini kənarlaşdırmaq üçün əməliyyata başlayıb. Bu səbəbdən boğazda hərəkət hər 2 istiqamətdə dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru