Berdiməhəmmədov nazirə və DGX sədrinə töhmət verdi

31-07-2022, 09:25           
Berdiməhəmmədov nazirə və DGX sədrinə töhmət verdi
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ölkənin daxili işlər naziri Muhammet Xıdırova iradını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkmənistanın “Orient” agentliyi məlumat yayıb.

Nazirə Təhlükəsizlik Şurasının iclasında işində yol verdiyi nöqsanlara görə töhmət verilib.

Agentlik onu da aydınlaşdırır ki, Muhammet Xıdırov iclasda nazirliyin tərkibinə daxil olan Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin işinin təşkili ilə bağlı hesabat verib.

Berdiməhəmmədov Dövlət Gömrük Xidmətinin sədri Maksat Xudaykuliyevə isə son xəbərdarlıqla şiddətli töhmət verib. Prezident ona işdəki nöqsanları tez bir zamanda aradan qaldırmağı tapşırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.