Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fındığın orta alış qiymətini 54 lirə (5 manat 10 qəpik) olaraq açıqlayıb.
Marja.az xəbər verir ki, Orduda fındıq qiymətləri ilə bağlı açıqlama verən Ərdoğan, “Fındığın orta qiymətini 54 lirə olaraq açıqlayıram. TMO (Toprak Mahsulleri Ofisi - red) bütün hazırlıqlarını başa çatdırıb”,- deyib.