Rusiya Türkiyəyə rüsumu azaltmağı təklif edəcək

1-08-2022, 21:36           
Rusiya Türkiyəyə rüsumu azaltmağı təklif edəcək
Rusiya hökuməti Türkiyəyə Rusiya metallurgiya məhsullarının idxal rüsumunu azaltmağı təklif edəcək.

Yenixeber.org: Bu barədə Rusiya Prezidenti Vladimir Putin Baş nazirin müavini Denis Manturovla görüşü zamanı bildirib.

Prezident vurğulayıb ki, bununla bağlı hökumətlərarası saziş hazırlanır. Onun sözlərinə görə, rüsumların azaldılması Rusiya ixrac məhsullarının yeni bazarlara çıxarılmasını asanlaşdıracaq.

Manturov isə ölkənin metallurgiya müəssisələrinin fəaliyyətinin ikinci rübdə ləngidiyini, ixracın azaldığını və bəzi şirkətlərin rentabelliliyinin aşağı düşdüyünü diqqətə çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru