İran Türkiyə bazarını ələ keçirməyə çalışır

3-08-2022, 16:01           
İran Türkiyə bazarını ələ keçirməyə çalışır
İranın bir sıra məhsullarının qaçaqmaçılıq yolu ilə Türkiyə bazarına daxil olması yerli istehsalın dayanmasına gətirib çıxarıb.

Teref.az-ın yazdığına görə, cebhe.info xəbər verir ki, İrandan Türkiyəyə gətirilən yarımfabrikat mallarla bağlı yerli istehsalçılar problemlə üzləşiblər.

Qeyri-qanuni yolla ölkəyə gətirilən plastik torbalar, streç plyonka kimi məhsullar rulonlarda gətirilir. Daxili bazara təsir edən sözügedən məhsulların haqsız rəqabətə səbəb olduğuna deyən “PAGEV” prezidenti Yavuz Eroğlu, yerli istehsalçının müdafiəsinin, nəzarət və yoxlama kimi tədbirlərin təcili olaraq tətbiq edilməsinin lazım olduğunu bildirib.

İstanbuldan Qaziantepədək ölkənin müxtəlif şəhərlərində istehsalla məşğul olan bir çox yerli istehsalçının sözügedən haqsız rəqabətə məruz qaldıqları üçün istehsal maşınlarının fəaliyyətini dayandırmağa məcbur olduğlarını deyən Eroğlu bildirib ki, “Plastik torbalar, streç plyonka kimi məhsullar istehsal edən yerli şirkətlərimiz, İrandan gələn yarımfabrikat malların yaratdığı haqsız rəqabətdən şikayətlənir.

Əslində, rulon şəklində yarımfabrikat kimi gətirilən mallar sadə kəsmə və yapışdırma prosesi ilə plastik torbalara çevrilərək daxili bazarda satılır. İran xammal istehsalçısı kimi öz şirkətlərinə çox ucuz xammal təklif edir və bu xammallar emal olunaraq yarımfabrikat kimi ölkəmizə gətirilir.

Tarif dəyişdirmə hiyləsi ilə Türkiyəyə gətirilən məhsullar sadə kəsim prosesindən sonra satılır. Hazır məhsul demək olar ki, yerli istehsalçımızın xammal qiymətindədir və rəqabət mümkün deyil. Bu materialların 90 faizi əsasən Doğu Bayazıt Gürbulak Sərhəd Qapısından daxil olur və Türkiyənin müxtəlif şəhərlərində fakturasız satılır”.

Bundan daxili sərmayə, istehsal və məşğulluğun zərər gördüyünü deyən Eroğlu, qeyri-formal iqtisadiyyatdan dövlətin də vergi itkisi ilə üzləşdiyini bildirib. Yerli istehsalçının haqsız rəqabətə səbəb olan bu problemin həllini gözlədiyini deyən Eroğlu, problemin dərhal həlli üçün gömrük sərhədlərində lazımi tədbirlərin görülməsinə, daxili bazarda nəzarət tədbirlərinin və yoxlamaların aparılmasına çağırıb.

“PAGEV” Torba İstehsalçıları Komitəsinin sədri Rüknet Yeşilyurt, İrandan hazır rulon şəklində gətirilən məhsulların miqdarının sürətlə artdığını deyib:

“Komitə olaraq ölkədə torba və streç plyonka istehsalçılarını təmsil edirik. Mən özüm torba istehsalçılarından biriyəm. Həmkarlarımız kimi biz də istehsal maşınlarımızı söndürməli olduq. Maraqlısı odur ki, torba Türkiyədə pullu satışa çevrildikdən sonra bu məsələ həm ətraf mühit, həm də istehsal baxımından daha balanslı oldu, ancaq İran hadisəsi isə hər şeyi korladı.

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən mallar yerli istehsalçıya ziyan vurduğu halda, nazirliyin pullu çanta tətbiqi prosesi pozuldu. Bu problemin həlli həm yerli istehsalçılarımızın, həm də ətraf mühitin qorunması üçün çox vacibdir”.

“Biz təxminən 80 faiz istehsal itkisi yaşadıq”

Toplantıda çıxış edən “AKD Plastik”in İdarə Heyətinin sədri Mustafa Akdoğan İran məhsullarının yerli istehsalçı üçün artan təhlükə olduğunu deyib. “Mənşə və tarif dəyişikliyi” yolu ilə Türkiyəyə gətirilən İran mallarının yerli istehsalı dayandırma nöqtəsinə qədər gətirdiyini deyən Akdoğan, “Qaziantepdə streç plyonka istehsal edən bir firma olaraq İrandan gələn və haqsız rəqabətə səbəb olan məhsullarla bağlı bir çox yerli şirkətlər kimi biz də istehsal maşınımızı söndürməli olduq.

Ayda 1500 ton streç plyonka istehsal etmək gücündə olan maşınımızı bağladıq. Əsasən qeyri-qanuni malların səbəb olduğu təxribata baxdığımızda, təəssüf ki, streç istehsalımızda təxminən 80 faiz istehsal itkisi yaşadıq. Daxili investisiya və istehsaldakı bu daralma sektorumuzda məşğulluq və ixracatda da itkilərə səbəb olacaq. Sektor olaraq İrandan malların qarşısını almaq üçün təcili həll tələb edirik”.

Çanta istehsalçısı “Özgünen Plastik”in İdarə Heyətinin sədri Zəfər Özer təhlükənin təkcə çanta və ya streç istehsalı ilə bağlı olmadığını, yerli istehsal və məşğulluğun qorunmadığı halda başqa məhsullar üçün belə haqsız rəqabət mühitinin yarana biləcəyi xəbərdarlığını edib.

Nigar
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.