Türkiyə XİN Rusiyanın Ukrayna ərazisində "referendum" cəhdini pisləyib

22-09-2022, 08:57           
Türkiyə XİN Rusiyanın Ukrayna ərazisində "referendum" cəhdini pisləyib
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Rusiyanın nəzarətində olan bölgələrində "referendum"un keçirilməsi cəhdlərini pisləyən bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Türkiyə, Ukraynanın Rusiya nəzarətində olan ərazilərində "referendum"un keçirilməsi cəhdlərindən narahatdır:
"Belə qeyri-qanuni faktlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Əksinə, diplomatik prosesin canlandırılması səyləri çətinləşdirəcək və qeyri-sabitliyi dərinləşdirəcək. Fürsətdən istifadə edərək, 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra vurğuladığımız Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyimizi bir daha bildirir və davam edən müharibənin dinc yolla həllinə hər cür lazımi töhfə verməyə hazır olduğumuzu bir daha bildiririk" - bəyanatda qeyd olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.