“Sübut etsəniz, istefa verəcəyəm, yoxsa...” — Çavuşoğlu və Lavrov arasında gərgin dialoq

17-05-2016, 22:28           

“Türkiyənin İŞİD-ə kömək etdiyinə dair bir sübutunuz varsa, istefa verməyə hazıram”.

Bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Vyanada keçirilən “Suriyaya Beynəlxaq Dəstək Qrupu” toplantısında çıxışı zamanı rusiyalı həmkarı Sergey Lavrova xitabən bildirib.

“Siz ciddi diplomatsınız, aramızdakı ən təcrübəli şəxslərdənsiniz. Belə qeyri-ciddi iddialara etimad göstərməməlisiniz. Cənab prezidentimiz bu barədə qətiyyətlə fikrini bildirib, mən də təkrar edirəm. Türkiyənin İŞİD-ə kömək etdiyinə dair əlinizdə sübutunuz varsa, istefa verməyə hazıram. Lakin iddialarınızı sübut etməsəniz, sizi həyatınızın qalan dövrünü Antalyada keçirməyə dəvət edəcəyəm”, - deyə Çavuşoğlu söyləyib.

Lavrov M. Çavuşoğlunun bu fikirlərini təsdiqləmək məqsədilə başını yelləyib. (Qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru