Ərdoğan: “Türkiyə Rusiya qazının Avropaya paylanmasını təmin edəcək”

28-10-2022, 20:43           
Ərdoğan:
“Rusiya ilə apardığımız danışıqlar nəticəsində bu ölkədən təbii qazın “Türk axını” qaz kəməri ilə Avropaya paylanmasını təmin edəcəyik”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında çıxışı zamanı deyib.

Daha əvvəl Rusiya və Türkiyə prezidentləri Türkiyədə qaz qovşağının yaradılması məsələsinin ətraflı və tez bir zamanda işlənib hazırlanması ilə bağlı göstəriş vermişdi.

Ərdoğan hakim partiya üzvləri qarşısında çıxışı zamanı ölkənin enerji sahəsində uğurlarına da toxunaraq, Türkiyənin Qara dənizdə 540 milyard kubmetr qaz ehtiyatı olan yataq kəşf etdiyini bildirib.

Bundan əlavə, Türkiyə lideri İstanbulda kanalın tikintisi ilə bağlı işlərin tezliklə başlanacağını da açıqlayıb. Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi İstanbul boğazını təhdid edən ekoloji təhlükələri aradan qaldıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru