Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini yenidən azaltdı

30-10-2022, 08:06           
Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini yenidən azaltdı
Türkiyə Mərkəzi Bankı son üç ayda 83%-lik rekord inflyasiya fonunda ölkədə əsas faiz dərəcəsini üçüncü dəfə aşağı salıb.

Yenisabah.az xəbər verir ki, bunu ölkənin Türkstat Statistika İnstitutunun məlumatları sübut edir.

Qeyd edilir ki, sentyabrda Türkiyədə inflyasiya 83%-i keçib. Bir il əvvəl inflyasiya 20%-dən bir qədər aşağı səviyyədə olub.

Hazırda Türkiyədə əsas faiz dərəcəsi 10,5% səviyyəsindədir.

Sentyabrın sonunda türk lirəsi ABŞ dollarına nisbətdə 12%-lə tarixi minimuma enib. Sentyabrın 26-da keçirilən ticarət zamanı valyuta aşağı həddə - 1 dollar üçün 18,458 lirəyə düşüb./Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru