Türkiyə kəşfiyyatı Suriyada PKK-nın rəhbər şəxsini məhv edib 1-11-2022, 11:37 Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/YPG terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib və nəticədə daha bir terrorçu məhv edilib.“Report” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə MİT-dən bildirilib.Əməliyyat Suriyada aparılıb.Nəticədə PKK/YPG terror təşkilatının Serdem Pir-Serhat Harun kod adlı qondarma tabor komandiri Ersin Şahin məhv edilib. Facebook-da paylaş