Düzcədə yenidən zəlzələ oldu

27-11-2022, 10:37           
Düzcədə yenidən zəlzələ oldu
Türkiyənin Düzcə şəhərində yenidən zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Düzcə mərkəzi rayonunda 4,3 bal gücündə olub və ətraf bölgələrdə də hiss edilib.

Zəlzələ yerin 9,52 kilometr dərinliyində qeydə alınıb.

Yeraltı təkanlar zamanı hansısa dağıntı və tələfat qeydə alınmayıb.

Xatırladaq ki, noyabrın 23-də Türkiyənin Düzcə şəhərində 6 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 93 nəfər yaralanıb.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru