Türkiyənin yeni Baş naziri Rusiya ilə barışmaq istəyir

25-05-2016, 01:05           

Binəli Yıldırım bəyan edib ki, rəsmi Ankara Avropa-Türkiyə əlaqələrinin inkişafından narazıdır.

Türkiyənin yeni Baş naziri Binəli Yıldırım ölkə parlamenti qarşısında hökümətin xarici siyəsət proqramını açıqlayıb.

Yıldırımın sözlərinə görə, rəsmi Ankara bundan sonra da Avropa İttifaqına üzv olmaq üçün səylərini davam etdirəcək, baxmayaraq ki, Avropa-Türkiyə əlaqələrinin inkişafından narazıdır.

Baş nazir bildirib ki, Türkiyə BMT-nin Kipr böhranı üzrə səylərini dəstəkləyir.

Rusiya ilə münasibətlərə toxunan Yıldırım qeyd edib ki, rəsmi Ankara “Rusiya ilə əlaqələrin dialoq vasitəsi ilə normallaşmasına” töhfə verəcək.

Bundan əlavə, Yıldırım İranla “ticarət, energetika, nəqliyyat və turizm sahələrində” əməkdaşlığın möhləmləndirilməsinə söz verib. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru