SEPAH kəşfiyyat xidməti etirazçıları dəstəkləyən Bəsic bazasının komandirini öldürdü

6-01-2023, 17:28           
SEPAH kəşfiyyat xidməti etirazçıları dəstəkləyən Bəsic bazasının komandirini öldürdü
Tehranın cənub ətraflarında yerləşən Bəsic bazasının komandiri, bir gün əvvəl evinin yaxınlığında dörd güllə ilə öldürülüb. Ölümün təfərrüatları haqda irəli sürülən ehtimal isə odur ki, çox güman hərbçi etirazçılara dəstək verdiyi üçün SEPAH kəşfiyyat xidməti tərəfindən öldürülüb.
Burada demək olar ki, detektiv təfərrüatlar ortaya çıxır - etirazçılarla əlaqənin içərisi dəyişdirilmiş Play Station cihazı vasitəsilə təmin edildiyi iddia edilir.
SEPAH-ın kəşfiyyatı Xamenei Müctəbanın oğlu tərəfindən dəstəklənir. Onun daimi rəhbəri Tayeb yayda vəzifəsindən uzaqlaşdırılılsa da yeni rəhbərin müşaviri kimi o, təşkilatdakı nüfuzunu qoruyub saxlayır.
Bu çox sayda üstüörtülü məsələlərdən üzə çıxan sadəcə 1 hekayədir. Nəzərə alınmalıdır ki, etirazın məqsədləri mollalar ilə Xamneyidən Bəsic və SEPAH-a keçməyə başladı: bazaların yandırılması, qətllər. Rejim isə etirazların hədəfini təhrif etməyə çalışır. Çünki İran sistemində bütün hakimiyyət mənəvi liderin əlində cəmləşib və SEPAH onun şəxsi cangüdənləri, mühafizəçiləridir. Hansı ki, onlar etirazçıları öldürməkdən imtina etdikdə özləri də öldürülür.

Ülviyyə, Hurriyyet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.