“Krımda məhkum edilmiş Krım tatarlarını azad edin” - Türkiyə çağırış edib

13-01-2023, 10:14           
“Krımda məhkum edilmiş Krım tatarlarını azad edin” -
Ankara Moskvanı 5 nəfər Krım tatarını azad etməyə çağırıb - onların hər biri 13 il azadlıqdan məhrum edilib.

Bu barədə yanvarın 12-də Türkiyənin «Anadolu» dövlət informasiya agentliyi xəbər verib.

«Biz, Krım tatarları Cəmil Qafarovun, Sərvət Qaziyevin, Erfan Osmanovun, Alim Kərimovun və Seyran Murtazın 13 il azadlıqdan məhrum edilməsi qərarından narahatlıq keçiririk» - Türkiyə XİN bəyanatında deyilir.

Türkiyə nazirliyi təsdiqləyib ki, Ankara Krım tatarlarının öz vətənlərində azad və təhlükəsiz yaşamaq hüququnu dəstəkləyir. «Hesab edirik ki, bütün lazımi addımlar atılacaq ki, Krımda siyasi motivlərlə, o cümlədən analoji qaydada məhkum ounmuş krımtatar xalqının vitse-prezidenti Nəriman Cəlal, Asan Əhmətov və Əziz Əhmətov tezliklə azad olunacaq və öz ailəsinə qayıdacaqlar» - idarənin bəyanatında deyilir (mənbə: /eadaily.com/ru/).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru