Türkiyədə transformator binasına oğurluğa girən gənci elektrik cərəyanı vurdu - FOTO

13-01-2023, 12:44           
Türkiyədə transformator binasına oğurluğa girən gənci elektrik cərəyanı vurdu - FOTO
Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda 25 yaşlı gənc oğurluq üçün transformator binasına girib.

Lakin onu elektrik cərəyanı vurub və həyatını itirib.

Transformator binasına daxil olan işçilər yerdə hərəkətsiz uzanan bir nəfər görüblər. Hadisə yerinə polis və həkim briqadası göndərilib. Lakin gəncin həyatını itirdiyi məlum olub. Aydınlaşdırılıb ki, oğru transformatorun içindəki kabelləri kəsmək istəyərkən elektrik cərəyanı vurub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru