İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməklə bağlı Türkiyənin real problemi var - İbrahim Kalın

15-01-2023, 00:02           
İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməklə bağlı Türkiyənin real problemi var - İbrahim Kalın
Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki, ölkə İsveçin NATO-ya daxil olmasını ratifikasiya etmək iqtidarında deyil.

APA-nın məlumatına görə, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.

“Biz qanunu ratifikasiya üçün parlamentə göndərə bilmirik, bu məsələ ilə bağlı real problemimiz var”, - Türkiyə prezidentinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, deputatlar ratifikasiyadan imtina edə bilər.

Kalının sözlərinə görə, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına fundamental etirazı yoxdur, lakin bunun üçün iki ölkə Ankaranın bir sıra şərtlərini yerinə yetirməlidir.

"Ümumiyyətlə, biz onları NATO-da görmək istərdik", - Kalın bildirib.

Bundan əvvəl Türkiyə, Finlandiya və İsveçin NATO-ya daxil olması üçün maneələri aradan qaldıran üçtərəfli memorandumu imzalayıb. Memorandum Türkiyədə terrorçu kimi tanınan təşkilatların fəaliyyətinə qadağa qoyulması, eləcə də Ankarada müdafiə sənayesinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır.

Stokholm və Helsinki Ankaraya bildirib ki, qanunun qəbulu müəyyən qədər vaxt təlb edir.

Qeyd edək ki, Finlandiya və İsveç NATO-ya üzvlük üçün 2022-ci ildə ərizə verib. Alyansın 30 ölkəsindən yalnız Türkiyə və Macarıstan ərizəni ratifikasiya etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru