Suriya Ərdoğanın barışıq əlini geri qaytarır

15-01-2023, 08:15           
Suriya Ərdoğanın barışıq əlini geri qaytarır
Suriyanın XİN başçısı Faysal Miqdad paytaxt Dəməşqə səfər edən İranın xarici işlər naziri Əmir Abdullahiyan ilə görüşüb.
Suriya XİN başçısı İranın Baş diplomatı ilə görüşdən sonrakı mətbuat toplantıısnda Türkiyəni “işğalçılıqda” ittiham edərək normal əlaqələrin qurulması üçün şərt qoşub.
Türkiyənin gerçəkləşdirdiyi hərbi əməliyyatlardan narahat olan Faysal Afrin və Cerablus başda olmaqla ölkənin şimalında rəsmi Ankaranın əsgəri varlığını sürdürməsindən narahatlığını dilə gətirib.

Xatırladaq ki, Suriya və Türkiyə arasında ötən ilin 28 dekabrında Moskvada nazirlər arasında görüş gerçəkləşdirilmişdi. Ardından Mövlud Çavuşoğlu fevral ayında Faysal Miqdadla bir araya gələ biləcəklərini açıqlamışdı.

Türkiyə bu görüşmələr davam edərkən Suriyanın şimal-qərbindəki silahlı müxalifəti dəstəkləməyə davam edir. Suriya rəhbərliyi isə müxalif silahlıları “terror təşkilatı” olaraq görür.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüş üçün “uzlaşmazlıq olan ünsürlərin ortadan qalxmasına bağlı olduğunu” söyləymişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.