Bağçalı müxalifəti prezidentin ətrafında sıx birləşməyə çağırdı

15-01-2023, 15:36           
Bağçalı müxalifəti prezidentin ətrafında sıx birləşməyə çağırdı
Türkiyədə seçkilərə yaxınlaşdıqca siyasi proseslər gərginləşir.

“TRT Haber”ə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) “Cümhur İttifaqı”ndakı müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı da partiyasının parlament fraksiyasının iclasındakı çıxışı zamanı seçkilərdən danışıb.

“Önümüzdəki bahar mövsümü eyni zamanda seçki mövsümüdür. Nə siz məşğul olun, nə də millətimizi məşğul edin. Anlaşılan odur ki, siz bu yükün altından qalxa bilməyəcəksiniz. Hamılıqla prezidentimiz Rəcəb Tayyib Ərdoğan ətrafında tək yumruq olaq. Ona sahiblənək. Yeni səhifə açaq”, – deyə Bağçalı müxalifətdəki “Altılı Masa”ya səslənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru