Türkiyədə hərbçilərin olduğu avtobus qəzaya düşdü, ölənlər var
17-01-2023, 10:22
Türkiyədə hərbçi və qaçqınları daşıyan avtobus qəzaya düşüb.
Teref.Az APA-ya istinadən bildirir ki, Qaziantepdən Ədirnəyə hərəkət edən avtobus Tarsus-Pozantı şosesində yük avtomobili ilə toqquşub.
Nəticədə 3 nəfər ölüb, 37 nəfər xəsarət alıb. Qəzadan sonra avtobus yanmağa başlayıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın qısa zamanda söndürülüb.