Türklərin yaponlara vəfa borcu - Mayor Tsimuranın qəöhrəmanlığı...

17-01-2023, 12:36           
Türklərin yaponlara vəfa borcu -
" Birinci dünya müharibəsi zamanı Qafqaz cəbhəsindən ruslara qarşı savaşan 65 min osmanlı əsgəri əsir düşmüşdü.
Onların bir qismi Vladivastokdakı düşərgələrə yerləşdirilmişdilər. Yaponlar 1918-ci ildə buranı ələ keçirdikdən sonra əsirlərə nəzarət onların əlinə keçmişdi.
Yaponlar 1921-ci ildə əsir türkləri İstanbula çatdırmağa qərar verirlər. Bu iş üçün yapon mayor Yukiçi Tsumura görəvləndirilir. Əsirlikdə olan 1012 türk əsgər 19 qadın və 17 uşaqla birlikdə (evlənən əsgərlərin arvad-uşağı idi) gəmiyə mindirilir.
45 gündən sonra gəmi Egey dənizinə yaxınlaşır. Burada bir yunan döyüş gəmisi türklərin onlara verilməsini tələb edir. İzmiri işğal edən yunanlar Tsumuraya ultimatum göndərirlər.
Amma yapon zabit türkləri təslim etməyəcəyini, lazım gələrsə döyüşə girəcəyini deyir. Yunanlar geri addım atırlar. Yaponlar türklərlə birlikdə 8 aylıq aclıq çəkdikdən sonra min-bir əziyyətlə İtaliyaya, oradan Maltaya, ən sonda İstanbula çatırlar.
Tsumuradan
-"Niyə türkləri yunanlara təslim etmədin" soruşulanda
-"Onlar mənə əmanət edilmişdi, ölsəydim də təslim etməzdim" cavabını vermişdi."
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.