Atlantik okeanı qayıqla təkbaşına keçən ilk türk qadın - VİDEO

18-01-2023, 12:44           
Atlantik okeanı qayıqla təkbaşına keçən ilk türk qadın - VİDEO
Yelkənli idman üzrə türkiyəli idmançı Başak Mireli Atlantik okeanı təkbaşına, qayıqla keçən ilk türk qadın olub.

Dekabrın 23-də yola düşən Mireli yanvarın 16-da Fransanın Karib dənizindəki xarici əyalətlərindən biri olan Martinikaya çatıb.

13 yaşından yelkənli idmanla məşğul olan Mireli həyat yoldaşı ilə birlikdə dünya turuna çıxıb. O, Atlantik okeanı tək keçib.

Mireli bu keçidi heç bir yerə yaxınlaşmadan və heç bir elektrik bağlantısı olmadan başa vurub. Qayıqda hansısa gözətçi olmadığından idmançı xüsusi yuxu rejiminə keçib.

Mənbə: Habertürk












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru