Dünyaca məşhur jurnal Ərdoğanı hədəf alıb - FOTO

20-01-2023, 11:51           
Dünyaca məşhur jurnal Ərdoğanı hədəf alıb - FOTO
İngiltərənin dünyaca məşhur "The Economist" jurnalı Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər ki, jurnal bu dəfə nömrəsini üz qabığında Türkiyə bayrağı dizaynı ilə Ərdoğanın fotosu olan qalmaqallı ifadələrlə nəşr edib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Altun jurnala cavab olaraq, "Dezinformasiya və təkəbbürlü təbliğatla türk demokratiyasının sonunu elan edirlər. Qeyri-adi başlıqlar və təxribatçı şəkillər jurnallarını satmağa kömək edə bilər. Bununla belə, oxuculara xatırlatmalıyıq ki, bu saxta jurnalistikadır. Türk xalqı demokratiya, bərabərlik və azadlığa sadiqliyini dəfələrlə nümayiş etdirib”, - deyə bəyan edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.