NATO-ya skandal Ərdoğan çağırışı - Türkiyədən sərt təpki
20-01-2023, 12:22
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona sərt reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Kalın əvvəllər bir ölkələrdə çevrilişlərə dəstək verdiyini etiraf edən Boltonun NATO-nu Türkiyədəki seçkilərə müdaxilə etməyə çağırdığını bildirib.
“Türk millətinin demokratik iradəsini özünə tabe etməyə çalışmaq əbəs cəhddir. Müstəmləkə qubernatorunu rolunu oynadığınız günlər geridə qaldı”, - Türkiyə rəsmisi bildirib.
Con Bolton bundan əvvəl Qərb dövlətlərini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müqavimət göstərməyə və müxalifətə verdiyi dəstəyi artırmağa çağırıb.