Nazarbayev açıq ürək əməliyyatı keçirib – Köməkçisi açıqlama yaydı

21-01-2023, 00:17           
Nazarbayev açıq ürək əməliyyatı keçirib –
Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev açıq ürək əməliyyatı keçirib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə onun köməkçisi Aidos Ukibay sosial şəbəkədə bildirib. Sözçü əlavə edib ki, ürək əməliyyatı uğurlu keçib, həyatına təhlükə yoxdur.

Mediada yayılan məlumatlara görə, Nazarbayev paytaxt Astanadakı Milli Ürək Əməliyyatı Mərkəzinə yerləşdirilib. İndiyədək Nazarbayevin səhhətində hər hansı problem haqda açıqlama olmayıb.

Keçmiş sovet respublikasını otuz ilə yaxın dəmir yumruqla idarə etmiş Nazarayev 2019-cu ildə istefa verib, indiki Prezident Qasım Jomart-Tokayevi xələfi seçib.

Son bir ildə, ötən ilin yanvar etirazlarından bəri Tokayev sələfinin səlahiyyətlərini kəskin məhdudlaşdırıb. Bir həftə öncə deputatlar Nazarbayevin yaxın ailə üzvlərinin hüquqi toxunulmazlığını ləğv edib.

Parlament Nazarbayevin parlamentin yuxarı palatası – Senatın ömürlük fəxri üzvlük statusunu da ləğv edib. Ötən ilin yanvarında yanacağın qiymətlərinə etiraz aksiyaları genişlənib, Nazarbayev rejimi və nepotizmə qarşı etirazlara çevrilib. Bundan sonra Tokayev Nazarbayevi Təhlükəsizlik Şurasından kənarlaşdıraraq qurumun başına keçib.

Nazarbayevin qohumları və müttəfiqləri vəzifədən çıxarılıb, yaxud istefa verib. Bəziləri korrupsiya ittihamları ilə həbs olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru