Seçkidə Ərdoğana müxalif rəqib: “Altılı masa” adı açıqlayacaq

22-01-2023, 15:39           
Seçkidə Ərdoğana müxalif rəqib:
Türkiyənin altı partiyadan ibarət olan müxalifət ittifaqı may ayında keçirilməsi planlaşdırılan seçkilərdəki namizədini fevralda elan edəcək.

Cebhe.info xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıçdaroğlunun müşaviri Ünal Çeviköz jurnalistlərə açıqlamasında “Prezidentliyə namizədin adı yəqin ki, fevralda açıqlanacaq”,- deyib.

“Altılı masa” vahid platforma yaratmağı hədəfləyir, lakin qarşıdan gələn seçkilərdə Ərdoğana qarşı mübarizə aparacaq namizədlə bağlı hələ razılığa gələ bilməyib.

Çeviköz bildirib ki, 6 müxalifət partiyasının liderləri yanvarın 30-da parlament sisteminə keçid dövrü ilə bağlı təkliflərini verəcək, gələcək hökumətin proqramı ilə bağlı çıxış edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru