Türkiyədə gənclər İsveçdə Qurani Kərimin yandırılmasına belə etiraz etdilər...

23-01-2023, 00:01           
Türkiyədə gənclər İsveçdə Qurani Kərimin yandırılmasına belə etiraz etdilər...
Danimarkalı-İsveçli sağçı ekstremist Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quran yandırmaq üçün keçirəcəyi nümayiş üçün polisdən icazə alıb.
İsveç hökuməti də Paludana Türkiyə səfirliyinin qarşısında Quranı yandırmağa icazə verib.
Paludan 2017-ci ildən başlayaraq hər ramazan ayında Danimarkanın müsəlman azlıqlar yaşanan müxtəlif şəhərlərində Quranın nüsxələrini yandırır.
Axrıncı dəfə keçən il 13 may tarixində İsveçdə müsəlmanların yaşadığı ərazilərdə Quranı yandırıb.
O təşkil etdiyi aksiyalarda Quranı həmişə polislərin himayəsi altında yandırır.
2022 ci ildə buna görə etirazçılarla polis arasında baş verən münaqişədə 26 polis və 14 etirazçı yaralanmışdır.
Türkiyə səfirliyinin önündə Qurani Kərimin yandırılmasına etiraz olaraq Türkiyənin şəhərlərində müsəlman gənclər kilsəyə gül dəstələri gətirməklə etiraz ediblər.
Yeganə Haciyeva
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru