İstanbulda erməni kilsəsi yanıb, ölənlər var - VİDEO

24-01-2023, 09:36           
İstanbulda erməni kilsəsi yanıb, ölənlər var - VİDEO
Dünən axşam saatlarında İstanbulun Karaköy rayonundakı Surp Pırgiç Erməni Katolik Kilsəsində yanğın meydana gəlib.

Yanğınsöndürən və xilasetmə qrupları yanğın hadisəsinin baş verdiyi ərazidən iki nəfərin meyitini tapıblar.

Yanğınsöndürənlər tərəfindən xilas edilən 2 nəfər isə tüstüdən zəhərləndiyi üçün xəstəxanaya aparılıb.

Türkiyə vaxtı ilə saat 21:45 (Bakı vaxtı ilə 22:45) radələrində naməlum səbəbdən baş verən yanğın söndürülüb.

Yanğının 189 illik kilsənin iqamətgah olaraq istifadə edilən hissəsində baş verdiyi və digər hissələrə keçdiyi məlum olub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru