"İsveç NATO-ya girib-girməmə istəyini dəqiqləşdirməlidir"

27-01-2023, 10:24           
"İsveç NATO-ya girib-girməmə istəyini dəqiqləşdirməlidir"
"İsveç NATO-ya girib-girməmə stəyini, niyyətini dəqiqləşdirməlidir".

Bu sözləri Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu İsveçdə Quran kitabının yandırılmasından sonra iki ölkə arasında yaranan gərginik barədə suala cavab verərəkən deyib.

Nazir iki ölkə arasında NATO-ya daxil olma sürəcinin necə davam etdiyi barədə suala cavabda qeyd edib ki, bunun üçün ilk növbətə İsveç üzərinə düşən öhdəliyə əməl etməlidir: "Bu ölkə əvvəl dəqiqləşdirməlidir ki, NATO-ya girmək istəyir, ya yox. Çünki ölkədə Türkiyəyə, o cümlədən bütün müsəlman dünyasına yönəlmiş təxribatlar davam edir. Və bu təxribatlara da icazə verən İsveç hökuməti onlarla cinayət ortağıdır. Bu da İsveçin hansı nöqtədə olduğunu təxmin etməyə mane olur".

Xatırladaq ki, Quran kitabının yandırılmasından sonra Ərdoğan İsveçin NATO-ya daxil olmasına dəstək verməyəcəklərini bəyan edib.\\Mia.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.