ABŞ Türkiyəyə F-16-ların satışı ilə bağlı şərt qoydu

27-01-2023, 12:09           
ABŞ Türkiyəyə F-16-ların satışı ilə bağlı şərt qoydu
ABŞ prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının satışının şərtlərini Türkiyəyə çatdırıb.

Söhbət Ankaranın İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün müraciətləri təsdiqləməsindən gedir.

Bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Konqresdə dinləmələr zamanı çıxışında məlumat verib.

“Biz bunu türkiyəli müttəfiqlərimizə demişdik. Yəqin ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasına dair sənədləri ratifikasiya etdikdən sonra Konqres Ankaraya F-16-ların satışına daha müsbət yanaşacaq”, - Nuland bildirib.

Qeyd edək ki, bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç Stokholmdakı qalmaqallı aksiyalardan sonra NATO-ya müraciət üçün dəstək gözləməməlidir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru