Beş ölkədən təxribatçı Türkiyə xəbərdarlığı – Eyni vaxtda eyni mesajı verdilər

28-01-2023, 12:45           
Beş ölkədən təxribatçı Türkiyə xəbərdarlığı –
İsveç və Danimarkada baş verən islamofob təxribatçı aksiyalardan sonra bəzi ölkələrin səfirliklərindən eyni vaxtda Türkiyə əleyhinə açıqlamalar gəlib.

Teleqraf.com xəbər verir ki, hər fürsətdə Türkiyəni ləkələməyə çalışan ölkələr isveçli irqçi siyasətçi Rasmus Paludanın Quran yandırma təxribatından sonra yenidən üzə çıxıblar.

Paludan Türkiyənin İsveçdəki səfirliyi və Danimarkadakı məscid qarşısında Quranı yandırdıqdan sonra ABŞ, Almaniya, Fransa, İtaliya və İspaniya bu ölkədə yaşayan vətəndaşlarına xəbərdarlıq edib.

Təxribat xarakterli ifadələrin yer aldığı açıqlamalarda Quran yandırma aksiyaları səbəbindən Türkiyədə terror aktları riskinin artdığı, buna görə insanların sıx toplaşdığı yerlərdən qaçınılması lazım olduğu bildirilib.

Almaniya Xarici İşlər Nazirliyi, ABŞ, Fransa, İspaniya və İtaliyanın Türkiyədəki səfirliklərindən eyni vaxtda eyni məzmunda açıqlama verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru