"Biz torpaq yeyərik, amma torpaq vermərik" ifadəsi kimə məxsusdur?

31-01-2023, 08:49           
"Biz torpaq yeyərik, amma torpaq vermərik" ifadəsi kimə məxsusdur?
İran təbliğatçılarının tez-tez bizə hədə-qorxu gəlmək üçün söylədiyi məşhur bir aforizm var: “Torpaq yeyərik, amma torpaq vermərik”.
Ayətullahlar bu aforizmdən ilk dəfə İran-İraq müharibəsi zamanı istifadə ediblər. Təbii ki, Səddam Hüseynə ordusunu ürkütmək üçün. İndi isə eyni sözlər bizimlə söz dalaşında səsləndirilir.
Tehran rejiminə xatırlatmaq istərdim ki, bu sözlər İraq ərəbləri üçün həqiqətən də hansısa bir məna kəsb edirdi. Azərbaycan xalqı üçün isə belə hədə-qorxuların heç bir mənası yoxdur. Ən azı ona görə ki, “biz torpaq yeyərik, amma torpaq vermərik” ifadəsini indiki fars rejiminə heç bir aidiyyəti yoxdur və onlar bu kəlamı bizdən oğurlayıblar. Bəli, məhz bizdən. Çünki bu aforizm ilk dəfə 1905-ci ildə Qacariyyə hakimiyyəti dövründə mühasirəyə alınmış Təbrizdə bir Türk anası tərəfindən dilə gətirilib.
İnanmayanlar “Səttar xanın xatirələri antologiyası” kitabına baxa bilərlər. Kitabda Azərbaycanın məşrutə hərəkatının rəhbəri Səttar xan yazır: “Təxminən 9 aya yaxındır ki, mühasirə (Təbrizin mühasirəsi) altındaydıq... Yeməksiz-içməksiz, paltarsız... Düşərgədən çıxdım... Qucağında uşaq olan bir qadınla rastlaşdım. Gördüm ki, uşaq anasının qucağından enib çəmənə doğru getdi... Aclıqdan otu kökündən qoparıb torpaqlı-torpaqlı yeməyə başladı... Öz-özümə dedim ki, indi o uşağın anası məni söyür və fikirləşir: Allah Səttar xana lənət etsin, bizi bu günə salan yerdə... Amma ana uşağın yanına gəlib onu qucaqladı və dedi: “Eybi yox, balam... Biz torpaq yeyərik, amma torpaq vermirik”. Elə o zaman həyatımda ilk dəfə gözdən yaş axdı”*.
İngilisin, rusun, fransızın fitnə-fəsadları ilə indi İran adlanan coğrafiyada 1000 illik Türk hakimiyyətini devirib islam düşməni rejim quran ayətullahlar bizi öz sözlərimizlə qorxutmasın. Unutmasınlar ki, Səttar xan bu sözləri nəql edəndə İran adlı ölkə yox idi və fars şovunistlərini əcdadları xarici güc mərkəzləri ilə sövdələşməyə gedib tarixi vətənimizi bir mehtərin hakimiyyətinə satırdılar. İran adlanan məmləkətdə o gündən indiyədək nəinki qanlar durmayıb, hətta bu kin-küdurəti bütün islam dünyasına yayıblar.
İnşallah, İraqı, Suriyanı, Livanı, Yəməni qan gölündə boğan İran rejiminə son nöqtəni də torpaq yeməsinə baxmayaraq torpaq satmayan izzətli Türk övladları qoyacaq.
*Mənbə: در کتابِ “گلچین خاطرات ستارخان” آمده است که ستارخان، سردارِ مقاومتِ آذربایجان در جنبش مشروطه نوشته است که من هیچ وقت گریه نمی کنم چون اگر اشک می ریختم، آذربایجان شکست می خورد و اگر آذربایجان شکست بخورد ایران، زمین می خورد… اما در مشروطه ۲ بار آن هم در یک روز اشک ریختم:” حدود ۹ ماه بود که تحت فشار (محاصره تبریز) بودیم… بدون غذا. بدون لباس… از قرارگاه اومدم بیرون … چشمم به یک زن افتاد با یه بچه تو بغلش. دیدم که بچه از بغل مادرش اومد پایین و چهار دست و پا رفت به طرف و بوته علف… علف رو از ریشه درآورد و از شدت گرسنگی شروع کرد خاک ریشه ها رو خوردن… با خودم گفتم الان مادر اون بچه به من فحش می ده و میگه لعنت به ستارخان که ما را به این روز انداخته… اما مادر کودک اومد طرفش و بچه اش رو بغل کرد و گفت: عیبی نداره فرزندم… خاک می خوریم اما خاک نمی دهیم… اونجا بود که اشکم دراومد”.
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.