Türkiyə 2022-ci ildə turizmdən rekord gəlir əldə edib

1-02-2023, 11:08           
Türkiyə 2022-ci ildə turizmdən rekord gəlir əldə edib
Türkiyə 2022-ci ildə turizmdən rekord məbləğdə - 46 milyard ABŞ dolları gəlir əldə edib.

Bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy keçirdiyi brifinq zamanı bildirib.

“2022-ci ildə turizm gəlirləri 46 milyard dollardan çox, rekord həddə çatdı. Türkiyə pandemiyadan sonra bu göstərici üzrə dünyanın ən yaxşısı oldu”, - deyə o, “Twitter” səhifəsində yayımlanan videoda qeyd edib.

Nazir hesab edir ki, 2023-cü ildə Türkiyə 56 milyard dollarlıq yeni rekorda imza atmağa qadirdir.

Eyni zamanda o, 2028-ci ilə qədər turizm gəlirlərinin respublikaya hər il ən azı 100 milyard dollar gətirəcəyinə əminliyini ifadə edib. Ersoyun sözlərinə görə, Türkiyəyə hər il 90 milyona qədər turist gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru