Qazaxıstanda Aİ-yə daxil olmaq məsələsini qaldırır

2-02-2023, 10:04           
Qazaxıstanda Aİ-yə daxil olmaq məsələsini qaldırır
“Qazaxıstan Avropa inkişaf yolunu, dövlət-cəmiyyət münasibətlərində Avropa yanaşmalarını və həyat keyfiyyətinin Avropa standartlarını tətbiq etməlidir”.

Pressklub.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Ak Jol” partiyasının lideri Azat Peruaşev XXI qurultayda çıxışı zamanı bildirib.

Peruaşevin sözlərinə görə, onlar həmçinin gələcəkdə Qazaxıstanın Avropa İttifaqına daxil olması məsələsini qaldırmağı planlaşdırırlar.

“Ak Jol” partiyası uzunmüddətli perspektivdə təkcə Avropa yanaşmalarının tətbiqinin deyil, həm də gələcəkdə Qazaxıstanın Avropa İttifaqına daxil olması məsələsinin gündəmə gətirilməsini düşünür”, – deyə Peruaşev bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru