İstanbulda müəllim “doğruluq, yoxsa cəsarət” oyunu adı ilə şagirdlərini cinsi istismar etdi

2-02-2023, 10:18           
İstanbulda müəllim “doğruluq, yoxsa cəsarət” oyunu adı ilə şagirdlərini cinsi istismar etdi
Türkiyənin İstanbul şəhərində özəl məktəbdə ingilis dili dərsi verən müəllim şagirdləri cinsi istismara məruz qoyduğu üçün hakim qarşısına çıxarılıb.

O, dörd şagirdi “doğruluq, yoxsa cəsarət” oyunu oynayarkən cinsi istismara məruz qoymaqda ittiham edilir.

38 yaşlı qadın şagirdlərinə uğuryönümlü yanaşmaq istədiyini deyərək özünü müdafiə edib.

Şagirdlərin şikayəti əsasında Anadolu Baş Prokurorluğu müəllim üçün 42 il 6 aya qədər həbs cəzası istəyib.

Hakim şübhəlinin həbsdə qalmasına qərar verərək məhkəməni növbəti günə təyin edib.

Mənbə: İHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru