CƏFƏR PƏNAHİ AZAD EDİLDİ, BƏXTİYAR İSƏ...

4-02-2023, 08:18           
CƏFƏR PƏNAHİ AZAD EDİLDİ, BƏXTİYAR İSƏ...
Dünyada tanınan İran rejissoru, etnik azərbaycanlı Cəfər Pənahi həbsxanada quru aclıq aksiyasına başlayandan az sonra pul girovu müqabilində həbsxanadan müvəqqəti buraxılıb.
Keçən il yenə, bu dəfə 6 il həbs cəzasına məhkum edilən rejissor aclıq etiraz aksiyasına başlamışdı.
Azərbaycanda Bəxtiyar Hacıyevin etiraz aclığının 27 günüdür. Bəxtiyar hər an koma ola biləcəyi deyilir.
Mürtəce hesab olunan və olan teokratik İran hakimiyyəti ictimai rəylə hesablaşaraq rejissoru müvəqqəti də olsa, azad etdi.
Avropa Şurasının, bir çox demokratik qurumların və təsisatların üzvü olan, demokratik hesab olunan Azərbaycanın hakimiyyəti heç bir təqsiri olmayan Bəxtiyarı ölüm həddinə çatdırıb.
Bəxtiyarı azad edin! Onun ölümü sizə xeyir verməyəcək, ziyanı isə, indi xırda görünsə də, çox olacaq! Elmar Hüseynovun qətli kimi...

Şəkildə: Cəfər Pənahi azad olunandan dərhal sonra xanımıyla.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.