"Terror təşkilatları İsveçin NATO-ya üzvlüyü yolunda minalar düzür” - Çavuşoğlu

5-02-2023, 00:11           
"Terror təşkilatları İsveçin NATO-ya üzvlüyü yolunda minalar düzür” - Çavuşoğlu
"Terror təşkilatları xüsusən İsveçin NATO-ya üzvlüyü yolunda minalar düzür”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövud Çavuşoğlu deyib.

“İsveç bu minaları bilərəkdən tapdayır. İstəsə, təmizləyər", - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

"Biz razılaşmaları yerinə yetirməyənləri mükafatlandıra bilmərik. Stokholmun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra Ankara məsələni müzakirə etməyə hazır olacaq. Lakin hazırkı vəziyyətdə Türkiyə İsveçin NATO-ya daxil olmasına razılaşa bilməz", - nazir əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru