“Yunanıstan illüziyalar aləmində yaşayır” - Türkiyənin müdafiə naziri

5-02-2023, 11:13           
“Yunanıstan illüziyalar aləmində yaşayır” -
“Türkiyəyə qarşı gərginlik siyasəti yürüdən Yunanıstan illüziyalar aləmində yaşayır”.

“Report”un məlumatına görə, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar “Milliyet” qəzetinə müsahibəsində söyləyib.


Akar Yunanıstan tərəfinin ikitərəfli münasibətlərin normallaşdırılmasına tərəfdar çıxacağı təqdirdə yunan həmkarını istənilən vaxt Ankarada qəbul etməyə və ya danışıqlar üçün Afinaya getməyə hazır olduğunu bildirib.

“Onlar müdafiəyə pul xərcləyərək xalqlarının onsuz da pis vəziyyətini daha ağırlaşdırırlar. Söhbət 500 milyard avroya yaxın borcu olan ölkədən gedir, onlar hələ də silahlanma ilə məşğuldurlar, ittifaq axtarışındadırlar. Siz NATO ölkəsisiniz, başqa ittifaqlar sizə niyə lazımdır?”.

Akar həmçinin, Yunanıstanın Türkiyəyə qarşı “Osmanlıçı, revizionist və genişlənmə siyasəti yürütmək” ittihamlarını əsassız adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru