Türkiyənin mərkəzi hissəsində zəlzələ baş verib 7-02-2023, 08:58 Fevralın 6-dan 7-nə keçən gecə Türkiyənin mərkəzində 5,6 bal gücündə zəlzələ baş verib.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Zəlzələ Türkiyə vaxtı ilə 06:13-də (07:13-də) qeydə alınıb.Məlumata görə, yeraltı təkanların episentri Gölbaşı ərazisindən beş kilometr aralıda olub.Zəlzələnin ocağı iki kilometr dərinlikdə yerləşib.Ölən və yaralananlarla bağlı məlumatlar dəqiqləşdirilir. Facebook-da paylaş