Türkiyədə zəlzələdə həlak olanların sayı artır – Son rəqəm
8-02-2023, 07:53
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.