Yevlaxda məscid tikdirən türkiyəli deputat vəfat etdi - ÜRƏYİ YETMƏDİ...

9-02-2023, 17:15           
Yevlaxda məscid tikdirən türkiyəli deputat vəfat etdi - ÜRƏYİ YETMƏDİ...
Yevlaxda məscid tikdirən türkiyəli deputat vəfat etdi
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq deputatı Adnan Türkoğlu vəfat edib.
TEREF.AZ AzVision.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı tviter səhifəsində başsağlığı verib.

"19-cu çağırış Çorum millət vəkilimiz Adnan Türkoğlu qardaşın vəfatını təəsüflə öyrəndim. Ürəyi məmləkətlə və Türk dünyası ilə döyünən siyasətdə örnək bir insan idi. Xidmət üçün təyin olunanda 1993-cü ildə Azərbaycanın Yevlax rayonunda bir məscid inşa etdirdiklərini demiş, baş çəkməyimi tövsiyə etmişdi. Allah rəhmət eləsin", - deyə səfir yazıb.

Qeyd edək ki, 1950-ci ildə anadan olan eks-parlamentari 73 yaşında infarktdan dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru