Türkiyədə Super Liqa oyunlarının bərpa ediləcəyi tarix məlum olub 10-02-2023, 09:44 Türkiyə Futbol Federasiyasının Prezidenti (TFF) Mehmet Büyükekşi Spor Toto Super Liqa oyunlarının nə vaxt davam edə biləcəyini açıqlayıb.APA xəbər verir ki, o, bu gün keçirilən toplantıda oyunların 3-4 mart tarixlərindən etibarən davam etdirməyi planlaşdırdıqlarını qeyd edib.Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələ səbəbindən bütün idman yarışları təxirə salınıb. Facebook-da paylaş