“Zəlzələ bölgəsində binaları tikənlərlə bağlı araşdırma başladılıb” - Türkiyə ədliyyə naziri

10-02-2023, 11:08           
“Zəlzələ bölgəsində binaları tikənlərlə bağlı araşdırma başladılıb” -
“Zəlzələyə məruz qalan bütün vilayətlərimizdə mövcud olan binalar, həmçinin bu binaları tikənlər və məsul şəxslərlə bağlı məhkəmə araşdırmalarına başlanılıb”.

Bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ bildirib.
Bozdağ qeyd edib ki, günahkarlar aşkarlanaraq cəzalandırılacaq.

“Səhlənkarlığa, xətaya yol verənlər və zəlzələdən sonrakı dağıntılara görə məsuliyyət daşıyanlar müəyyən edilərək məhkəmə qarşısında cavab verəcəklər”, - deyə nazir vurğulayıb. (Mənbə: Haber Global)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.