Bakıda körpünün buz bağlaması yeddi avtomobilin toqquşmasına səbəb oldu - FOTO

10-02-2023, 12:14           
Bakıda körpünün buz bağlaması yeddi avtomobilin toqquşmasına səbəb oldu - FOTO
Bakının Xətai rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

“Ford” markalı yük maşının sürücüsü asfalt qatının buz bağlamasına götə sükana nəzarəti itirib. Nəticədə yük maşını geriyə çevrilib. Bundan sonra eyni istiqamətdə olan “Toyota” markalı avtomobil “Ford” a çırpılıb. Digər beş maşın zəncirvari olaraq bir birinə çırpılıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb

Əraziyə Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Yol Patrul Xidmətinin əməkdaşları növbəti qəza olmasın deyə tədbir görüb. Onlar sürücülərə paytaxt ərazisində xüsusilə körpü üzərində ehtiyatlı olmaq tövsiyə edilib.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.