Türkiyədəki faciə ilə bağlı açıq qalan 5 SUAL

10-02-2023, 11:05           
Türkiyədəki faciə ilə bağlı açıq qalan 5 SUAL
Qardaş ölkədə baş vermiş təbii fəlakət hamını sarsıdıb.

Kömək eləmək arzusu nə qədər böyük olsa da, insan təbiət qarşısında acizliyini dərk etməkdədir. Hələ qədim dövrlərdən təbiətə qalib gələn sivilizasiyalar daha inkişaf etmiş hesab olunurdu.

Sual olunur:

1. İnsanların bu sayda tələf olmasının qarşısını almaq üçün bu gün bütün dünyanın kömək eləməyə çalışdığı Türkiyədəki zəlzələni ən azı bir gün əvvəldən proqnozlaşdırmağa bəşəriyyət qadir deyildimi?

2. Niyə xəyallarımız göylərdə ikən, kosmik müharibələrə, hücumlara bu qədər vəsait çəkərkən ayağımızın altından qaçan Yerin təkindəki dəyişiklikləri, yaradılan hər şeyi məhv edən, dünya insanını öz gözündə aciz məxluqa çevirib göz yaşlarını tökən fəlakətləri öyrənməyə, cihazlara vəsait xərcləmirik?

3. İnsan ağlının icad etdiyi ədəbi xəyallar, fantastika, qorxunc filmlər, kompyuter oyunları və daha nələr onu qorumaq, öncədən xəbərda r etmək üçün deyilmi, yoxsa bunlar hamışı özünüməhvə işləyir? Necə ki, bu gün ən müasir silahlar təbiəti və ekoloji mühiti məhv edir, təbiətin əks-reaksiyasına səbəb olur.

4. Müasir dünya bu boyda kommunikasya məkanına, mədəniyyətinə malik olduğu məqamda Türkiyədə baş verəcək zəlzələləri, ən azı 6 saat sonraki ikinci titrəyişi duyub niyə reaksiya verilmədi? Doğrudanmı texnologiyalar bu qədər bəsitdir, yoxsa?..

5. Ən nəhayət, əgər seysmik zona anlayışı varsa, evlərin, binaların, strateji obyektlərin tikilişi nə üçün zəlzələyə dözümü təmin edən qaydalar əsasında aparılmır? Niyə tikinti maketləri müvafiq laboratoriya testlərindən keçirilmir? Axı, Türkiyədə inşaat sektoru bu qədər inkişaf edib?! Deməli, inkişaf daha çox yerə beton yaymaq deyil, həm də onu necə yaymaq, hətta gələcəkdə bu cür hadisələr vaxtı az itkilərlə qurtarmaq üçün daha etibarlı tikinti texnologiyalarına, materiallarına malik olmaqdır.
Mənbə: Bakipost.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.