Türkiyədəki zəlzələdən sonra qiymət artıran şirkətlər cərimələnib

11-02-2023, 00:13           
Türkiyədəki zəlzələdən sonra qiymət artıran şirkətlər cərimələnib
Türkiyədəki zəlzələdən sonra süni şəkildə qiymətləri artıran 353 şirkət cərimə edilib.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata görə, qiymət artımı edən 353 şirkət ümumilikdə 85 milyona lirəyə yaxın cərimə edilib:

“Vətəndaşların hədsiz qiymət artımı ilə bağlı şikayətlərindən sonra Ticarət Nazirliyi araşdırmaya başlayıb. Nazirlik tərəfindən pərakəndə satış məntəqələrində və elektron ticarət bazarlarında məhsulların satışı ilə məşğul olan sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Araşdırmalar nəticəsində qiymətləri hədsiz dərəcədə artırdığı hesab edilən 353 şirkətə ümumilikdə 84 milyon 975 min türk lirəsi inzibati cərimə tətbiq edilməsinə qərar verilib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.