Zəlzələnin episentri olan Pazarcıkda axtarış-xilasetmə işləri yekunlaşdı

11-02-2023, 12:05           
Zəlzələnin episentri olan Pazarcıkda axtarış-xilasetmə işləri yekunlaşdı
Türkiyədə baş verən zəlzələnin episentri olan Pazarcıkda axtarış-xilasetmə işləri yekunlaşıb.

Bunu Kırıkkale valisi Bülent Tekbıyıkoğlu deyib.

“Hazırda dağıntılar olan yerlərdə axtarış-xilasetmə işlərimizi yekunlaşdırdıq. Bu, burada işimizin bitdiyi demək deyil. Biz yalnız axtarış-xilasetmə işlərimizi tamamladıq. 872 dağılmış binada canlı insanların olması xəbərlərinə müdaxilə etdik. 41 vətəndaşımızı xilas etdik. 379 vətəndaşımız bu fəlakətdə yaralandı. Təəssüf ki, 413 nəfər həlak olub”, - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məndə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru